Belarus banklarında texniki nasazlıq nəticəsində müştərilərin vəsaitləri itib

Bölmə: Dünya › ,
Tarix: 14:49 09.07.2025

Belarusiyanın bir sıra iri banklarının fəaliyyətində texniki nasazlıq baş verib, bəzi müştərilərin kart hesablarından vəsaitlər itib.


"İnformator.az" xəbər verir ki, bu barədə "Birinci İnformasiya" telekanalı məlumat yayıb.

 

Məlumata görə, problem xüsusilə “Belarusbank”ın müştərilərində müşahidə olunur. Telekanalın mənbələrinin bildirdiyinə görə, müştəri hesablarından vəsaitlərin silinməsi digər banklara da təsir edib.


Bankların Emal Mərkəzi (BEM) bildirib ki, iyulun 9-da aparat-proqram kompleksində baş vermiş texniki nasazlıqla əlaqədar “Belarusbank”, “Belagroprombank” və “Belinvestbank”ın kartlarında mənfi balansların yaranması mümkündür. Mərkəzin açıqlamasında qeyd olunub ki, hazırda vəziyyətin aradan qaldırılması istiqamətində işlər aparılır və yaxın vaxtlarda kart balansları bərpa olunacaq.