Makronun Londona səfəri: Qəzza və Ukraynaya dəstək çağırışı

Bölmə: Dünya › ,
Tarix: 12:27 09.07.2025

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyaya üç günlük dövlət səfərinə başlayıb. Bu, Brexit-dən sonra Avropa İttifaqı liderinin Londona ilk dövlət səfəsidir. Makron Fələstin dövlətinin tanınmasını və Ukraynaya müdafiə dəstəyinin gücləndirilməsini vacib sayaraq, Böyük Britaniyanı bu istiqamətdə birgə hərəkətə çağırıb.

 

Parlamentin hər iki palatasında çıxış edən Makron iki ölkənin müdafiə, ticarət, immiqrasiya, iqlim sahələrində sıx əməkdaşlığını vurğulayıb. O, ABŞ və Çindən iqtisadi və siyasi asılılığa qarşı ortaq fəaliyyətin vacibliyini qeyd edib. Fransa lideri bildirib ki, Qəzzada atəşkəs və iki dövlətli həll bölgədə sülhə aparan yeganə yoldur.

 

Kral III Çarlz Vindzor qəsrində Makronlar üçün dövlət ziyafəti təşkil edib. Burada "Entente cordiale" anlayışı "entente amicale" – dostluq səviyyəsinə yüksəldilib. Səfər çərçivəsində Fransanın EDF şirkəti İngiltərənin nüvə layihəsinə 1,1 milyard funt sərmayə yatırıb, Bayeux Qobeleni Londona gətiriləcək, Parisə isə Anglo-Sakson və Vikinq xəzinələri təqdim olunacaq.

 

Mənbə: Al Jazeera 

Qəmər Kazımzadə