Növbəti mövsümdə də Azərbaycan Superkuboku uğrunda matçın keçirilməsi nəzərdə tutulmayıb

Tarix: 17:07 09.07.2025
Növbəti mövsümün sonunda da Azərbaycan Superkuboku uğrunda matçın keçirilməsi nəzərdə tutulmayıb.
Bu barədə "İnformator.az"a Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.
O bildirib ki, bu, komandalara bağlı olan məsələdir. PFL rəsmisinin sözlərinə görə, klublar Superkubok uğrunda matça maraq göstərmilər. Qeyd edək ki, ötən mövsüm "Qarabağ" Azərbaycan Premyer Liqasının, "Sabah" isə ölkə kubokunun qalibi olub.