Nazirlik nümayəndəsi: Özbəkistan turizm sahəsində Azərbaycanla işbirliyi üçün cəhdlər edir

Bölmə: Dünya › ,
Tarix: 16:58 09.07.2025

Özbəkistan türkdilli dövlətlərlə bütün sahələrdə, o cümlədən turizm sektorunda əməkdaşlığı genişləndirmək üçün aktiv fəaliyyətlər göstərir. Bu istiqamətdə xüsusilə Azərbaycanla işbirliyi üçün cəhdlər edilir.

 

"İnformator.az"  “Report” a istinadən xəbər verir ki,Özbəkistan Turizm Nazirliyinin marketoloqu Şerzod Sultanov bildirib.

 

O deyib ki, Azərbaycanla Özbəkistanın mətbəxi həm yaxındır, həm də hər iki ölkə dünyada öz ləziz yeməkləri ilə tanınır: "Mətbəx turizmdə əsas rol oynayır. Bundan başqa, tarixinin qədimliyi, abidələri, çoxşaxəli mədəniyyəti baxımından Azərbaycanla Özbəkistan oxşardır. Keçən il turizm potensialımızın dünyada tanıdılması istiqamətində geniş tədbirlər keçirdik. Azərbaycan nümayəndələri, o cümlədən media da orada yaxından iştirak etdi”. Nazirlik nümayəndəsi əlavə edib ki, 2027-ci ildə Özbəkistanın bir şəhəri Türk dünyasının turizm paytaxtı seçiləcək. Onun sözlərinə görə, təklif bu gün Ankarada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin mədəniyyət-turizm nazirlərinin, həmçinin müvafiq nümayəndə heyətləri rəhbərlərinin 10-cü toplantısında irəli sürülüb.