Abdullah Öcalanın video mesajı: "PKK hərəkatı sona çatıb"

Bölmə: Dünya › ,
Tarix: 15:11 09.07.2025

 

 

PKK lideri Abdullah Öcalan təşkilatın iyulun 11-də başlaması gözlənilən tərksilah prosesi ərəfəsində video müraciət yayıb.

Bu, Abdullah Öcalanın 1999-cu ildən bəri ilk video görüntüləridir.

 

PKK-ya bağlı Fırat Xəbər Agentliyi tərəfindən yayımlanan videoda Öcalan: "27 fevral 2025-ci il Barış və Demokratik Cəmiyyət Çağırışını müdafiə etməyə davam edirəm",-deyib.

 

Öcalan bildirib ki, prosesdə əldə olunan məqam “olduqca dəyərli və tarixidir”.


PKK lideri "Varlığı inkar edən və ayrı bir dövlət qurmağı hədəfləyən PKK hərəkatı"na son qoyulduğunu bildirib.

 

Öcalan: "Varlıq tanınıb, ona görə də əsas məqsədə çatıldı. Köhnəlmək də budur",-deyib.

 

Öcalan, tərksilah prosesinin könüllü olmasının və Türkiyə Böyük Millət Məclisində “qanunla qurulması planlaşdırılan və səlahiyyətli hərtərəfli komissiya işinin” vacibliyini vurğulayıb.


BBC
Zəhra Möhübbətova