“Sabah"ın Avropa Liqasındakı oyununa 5000 bilet satılıb

Bölmə: İdman › ,
Tarix: 15:39 09.07.2025

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Tselye” klubu ilə qarşılaşacaq "Sabah"ın oyununa bilet satışı davam edir.


"İnformator.az" xəbər verir ki, iyulun 10-da "Bank Respublika Arena"da təşkil olunacaq matça artıq 5000 bilet satılıb.

 

Biletləri iticket.az saytından, həmçinin stadionun kassalarından əldə etmək mümkündür.


Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlanacaq.