Grok-a istintaq başlanıb!

Bölmə: Dünya › ,
Tarix: 17:49 09.07.2025

Elon Maskın sahibi olduğu X platformasının süni intellekt aləti olan Grok-un söyüşlü cavabları səbəbilə istintaq başladılıb. İstintaq çərçivəsində Ankara Cumhuriyyət Baş Prokurorluğu Sulh Cinayət Məhkəməsindən Grok-a girişin məhdudlaşdırılması ilə bağlı qərar alaraq, bu qərarı internet provayderlərinə göndərilməsi üçün İnformasiya Texnologiyaları və Əlaqə Qurumuna (BTK) təqdim edib. Eyni zamanda, istifadəçilərin Grok-u etiketləyərək sual vermə funksiyası deaktiv edilib, təhqiramiz cavablar isə silinməyə başlanılıb.

 

X adlı sosial şəbəkə platformasına inteqrasiya edilmiş Grok süni intellekt sisteminin bir çox istifadəçiyə verdiyi cavablarda təhqiredici ifadələrin yer alması səbəbilə, Ankara Cumhuriyyət Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

 

İstintaqdan sonra X platformasında Grok-a etiketləyərək sual vermə funksiyası deaktiv edilib.

 

Baş Prokurorluq tərəfindən başlanılmış istintaq çərçivəsində Ankara Cumhuriyyət Baş Prokurorluğu Sulh Cinayət Məhkəməsinə müraciət edərək girişin məhdudlaşdırılması ilə bağlı qərar alıb. Məhkəmənin qərarı internet provayderlərinə göndərilməsi üçün İnformasiya Texnologiyaları və Əlaqə Qurumuna (BTK) təqdim olunub.

 

Ankara Cumhuriyyət Baş Prokurorluğunun açıqlamasında bildirilib: “Grok-un Atatürkə, cənab Prezidentimizə və Peyğəmbərimizə qarşı təhqiramiz ifadələr işlətməsi səbəbilə Ankara Cumhuriyyət Baş Prokurorluğu özbaşına hərəkət edərək protokol hazırlayıb və girişin məhdudlaşdırılması üçün Sulh Cinayət Məhkəməsinə müraciət edib. Məhkəmə isə bu barədə qərar qəbul edərək, qərarı internet provayderlərinə təqdim edilməsi üçün BTK-ya göndərib".

 

Haberler.com

Aygün Babayeva