Grok'a qarşı hələlik qadağa yoxdur-Uraloğlu

Tarix: 17:55 09.07.2025
Ulaştırma və Altyapı naziri Abdulkadir Uraloğlu, Grok platformasına hazırda hər hansı bir bloklama qərarının olmadığını, lakin zəruri olarsa qadağa qoyula biləcəyini bildirib.
Ankara Baş Prokurorluğu, Grok-un təhqir xarakterli və cinayət tərkibli cavabları ilə bağlı istintaqa başlayıb. Cinayət tərkibi daşıyan paylaşımlara və hesablara giriş məhdudiyyəti tətbiq edilib.
Grok-un X platformasındakı hesabından yayımlanan açıqlamada, uyğun olmayan paylaşımların silinməsi üçün aktiv şəkildə çalışıldığı qeyd olunub.
Nazir Uraloğlu, X platforması ilə danışıqlar aparıldığını və 50-dən çox məzmunun silinməsi qərarının şirkətə göndərildiyini də açıqlayıb.
Haber Global
Xəlilli Nigar