Hindistanın Qucarat ştatında körpü çöküb-9 nəfər ölüb

Tarix: 17:57 09.07.2025
Hindistanın Qucarat ştatında yerləşən bir körpünün çökməsi nəticəsində 9 nəfərin həyatını itirdiyi, 6 nəfərin isə yaralandığı bildirilib.
Hindustan Times qəzetinin məlumatına görə, ştatın Vadodara və Anand bölgələrini birləşdirən 900 metr uzunluğundakı körpünün iki dayağı arasındakı hissə çöküb.
Rəsmilərin açıqlamasına görə, hadisə zamanı körpüdən keçən 2 yük maşını və 2 pikap avtomobili çökərək çaya düşüb.
Qurtarma qrupları dərhal hadisə yerinə cəlb olunub. İlkin məlumatlara əsasən, 9 nəfər həyatını itirib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qucarat ştatının daxili işlər naziri Harsh Sanqhavi bildirib ki, hadisə yerinə yüksək səviyyəli nümayəndə heyəti göndərilib və ştatın baş naziri Bhupendra Patel məsələni yaxından izləyir.
Baş nazir Patel isə açıqlamasında, 1985-ci ildə inşa edilən körpünün mütəmadi olaraq baxımdan keçirildiyini, qəzanın dəqiq səbəbinin araşdırılacağını qeyd edib.
TRT HABER
Solmaz Muradova