İsrail və HƏMAS Qəzzada atəşkəs razılaşmasına yaxınlaşırlar-Netanyahu

Tarix: 18:54 09.07.2025
HƏMAS və İsrail hökuməti Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların azad edilməsi ilə bağlı razılaşmaya yaxınlaşırlar.
"İnformator.az" TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Fox Business” telekanalına müsahibəsində bildirib.
"Düşünürəm ki, biz razılaşmaya daha da yaxınlaşırıq. Hesab edirəm ki, onu bağlamaq üçün yaxşı şanslar var", - o qeyd edib.
“Al Arabiya” telekanalının mənbələri məlumat verib ki, məsləhətləşmələr müsbət atmosferdə keçir, lakin hələ irəliləyiş yoxdur.