Tehran nüvə silahı istehsalına çox yaxın olub

Tarix: 18:55 09.07.2025
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran nüvə obyektlərinə zərbələr endirilməzdən əvvəl bir il ərzində nüvə silahı hazırlamaq imkanına malik olub.
Bu barədə o, Fox Business telekanalına verdiyi müsahibədə deyib. Baş nazir jurnalistin sualını cavablayarkən qeyd edib:
“Məncə, İran bir il ərzində nüvə silahı istehsal edə bilərdi ”.
Netanyahunun sözlərinə görə, Tehran təkcə bir nüvə silahı deyil, həmin müddət ərzində bir neçə nüvə başlığı hazırlamaq gücündə olub.
O, həmçinin əlavə edib ki, İran eyni zamanda ayda 300-ə qədər ballistik raket istehsal etməyə imkan verəcək hərbi-sənaye potensialını yaratmaq niyyətində olub.
Mənbə: Caliber
Aytən Ağazadə