ABŞ iqtisadi təzyiq vasitələrindən istifadəni davam etdirir-Rusiya

Tarix: 20:28 09.07.2025
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, ABŞ-nin ticarət və iqtisadi alətləri siyasi təzyiq vasitəsi kimi istifadə etməyə davam etdiyini bildirərək deyib:
“Bu yanaşma beynəlxalq iqtisadi əməkdaşlıq arxitekturasının pozulmasına gətirib çıxarır”.
Zaxarova paytaxt Moskvada gündəmdəki məsələlərlə bağlı mətbuat konfransı keçirib.
Konfransda çıxış edən Zaxarova, ABŞ Prezidenti Donald Trampın BRİKS ölkələrinə və onların Amerika əleyhinə siyasətini qəbul edən digər ölkələrə tətbiq edilə biləcək əlavə 10 faizlik gömrük rüsumu hədəsi ilə bağlı bunları deyib:
“Bu ritorika, ABŞ-nin ədalətli rəqabət və milli təhlükəsizlik adı altında tətbiq etdiyi qeyri-qanuni sanksiyaları, gömrük vergiləri kimi ticarət və iqtisadi alətləri siyasi təzyiq vasitəsi kimi istifadə etdiyini göstərir. Bu yanaşma, beynəlxalq iqtisadi əməkdaşlıq arxitekturasını pozur, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını və azad ticarət prinsiplərini pozur. Bu həddindən artıq proteksionizm ABŞ-nin maraqlarına xidmət etmir. Onlar rəqabət qabiliyyətini daxildə formalaşdırmalı, böhranın öhdəsindən gəlmək üçün daxili ehtiyat və resurslardan istifadə etməlidirlər. Bunu başqa ölkələrin hesabına etməməlidirlər”.
Zaxarova əlavə edib ki, Rusiya iqtisadiyyatı bu cür təzyiqlərə və sanksiyalara uyğunlaşmağı bacarıb və bu sahədə artıq təcrübə qazanıb.
TRT XƏBƏR
Nuray Əliyeva