ABŞ Fordoya nüvə bombası atıb -Zöhrəvənddən iddia

Tarix: 14:37 10.07.2025
ABŞ Fordo nüvə obyektinə hücum zamanı “bir növ taktiki nüvə silahından” istifadə edib.
"İnformator.az" xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əbülfəzl Zöhrəvənd deyib.
Onun sözlərinə görə, bu obyekt 60 metrdən artıq dərinlikdə, möhkəm qayalıqda yerləşdiyindən, adi silahlarla məhvi mümkün deyil.
Zöhrəvəndin sözlərinə görə, istifadə olunan silahın təsir gücü yalnız taktiki nüvə silahına uyğun ola bilər. Bildirilib ki, bu tip silahlar lokal hədəflərə qarşı nəzərdə tutulur və genişmiqyaslı radiasiya çirklənməsi yaratmır.
Hazırda bu iddialar heç bir beynəlxalq qurum və ya ekspert tərəfindən təsdiqlənməyib.