Avropa Parlamentində etimadsızlıq səsverməsindən sağ çıxıb

Tarix: 15:36 10.07.2025
Avropa Parlamentində Avropa Komissiyasının sədri Ursula von der Leyenə qarşı irəli sürülən etimadsızlıq təklifi qəbul olunmayıb. Səsvermədə 175 deputat lehinə, 360 deputat əleyhinə səs verib. 18 deputat isə bitərəf qalıb.
Təklifin keçməsi üçün tələb olunan üçdə iki səs çoxluğu təmin olunmadığı üçün Komissiya vəzifəsini davam etdirəcək. Von der Leyen səsvermə zamanı zalda olmasa da, bu nəticə ilə hələlik yerində qalır. Lakin səsvermə onun dəstəyinin zəiflədiyini və Parlamentdəki siyasi dayaqlarının sarsıldığını göstərib. Sosialist və Demokratlar qrupunun dəstəyini almaq üçün gələn həftə açıqlanacaq yeni uzunmüddətli büdcə təklifi ilə bağlı bir öhdəlik götürülüb. Bu vəd yaxın günlərdə ciddi sınağa çəkiləcək.
Euronews
Billurə Quliyeva