İtaliyanın kurort bölgəsində yanğın: 600 nəfər təxliyə edildi

Tarix: 22:18 10.07.2025
İtaliyanın Kastiqlione della Peskaya bölgəsində turist düşərgəsi ərazisində yanğın baş verib.
"İnformator.az" yerli mediaya istinadla xəbər verir ki, yanğın təxminən bir hektar ərazini bürüyüb.
Təxminən 600 nəfər düşərgədən təxliyə edilib. Yanğının söndürülməsinə 5 helikopter və mülki müdafiə qüvvələri cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin ətraf mühitə və infrastruktura ciddi ziyan dəyib. Yanğının nasaz su qurğusundan baş verdiyi güman edilir.