Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci Sammiti başlayıb

Bölmə: Dünya › ,
Tarix: 15:05 12.07.2025

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci Sammitinin rəsmi açılışı olub. 

 

"İnformator.az" "Teleqraf"a istinadən Şahdağ Turizm Mərkəzinə ezam olunan əməkdaşı xəbər verir ki, tədbir Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının dəstəyi ilə keçirilir.

 

Sammitin açılışında Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Sədri Rüstəm Nəcəfov, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvohid Azimov və Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə çıxış edib.


Daha sonra tədbir panel sessiyalarla davam edib.