SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb

Tarix: 15:08 12.07.2025
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində Dövlət Neft Şirkəti (SOCAR) ilə Anlaşma Memorandumu imzalanıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.