Rusiya Ukraynanın itkilərini yeniləyib-1235-ci gün

Bölmə: Dünya › ,
Tarix: 18:23 12.07.2025

Rusiya müharibənin 1235-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.


“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 69 155 PUA-sı, 614 zenit-raket kompleksi, 24 194 tank və digər zirehli texnikası, 1 576 reaktiv yaylım atəş sistemi, 27 254 artilleriya və minaatanı, 38 029 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.