Suriya hökumət qüvvələri Sveydaya qüvvə göndərəcək

Tarix: 10:27 15.07.2025
Suriyada hökumət qüvvələri druzların əksəriyyət təşkil etdiyi Sveyda bölgəsinə daxil olacaq.
"İnformator.az" Suriya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hökumət qüvvələrinin sözügedən əraziyə daxil olma səbəbi yerli qəbilələr arasındakı qarşıdurmaya sonqoymaqdır.
Qeyd edək ki, son iki gün ərzində Suriyanın cənubunda druzlar və bədəvi qəbilələr arasındakı qarşıdurmada ölənlərin sayı 100-ə yaxınlaşıb.