Türkiyədə tibbi avadanlıq istehsal edən fabrik yanır

Bölmə: Dünya › ,
Tarix: 16:20 15.07.2025

Türkiyənin Bolu əyalətinin Karacasu bələdiyyəsində tibb avadanlığı istehsal edən fabrikdə yanğın başlayıb.

 

"İnformator.az" xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

 

Bildirilib ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb olunub. Hadisənin səbəbi və digər təfərrüatlar hələlik məlum deyil.