Niderland ABŞ-nin Ukraynaya silah tədarükü ilə bağlı plana qoşulmağı nəzərdən keçirir

Bölmə: Dünya › ,
Tarix: 16:21 15.07.2025

Niderland ABŞ-nin Ukraynaya silah tədarükü ilə bağlı plana qoşulmağı planlaşdırır.

 

"İnformator.az“Aljazeera”ya istinadən xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Kaspar Veldkamp bildirib.

 

"ABŞ Prezidenti Donald Trampın bəyanatları ilə bağlı nələrin edilə biləcəyini nəzərdən keçirəcəyik", - K.Veldkamp qeyd edib. Litvanın XİN başçısı Kyastutis Budris isə bildirib ki, D.Trampın dünənki bəyanatları liderliyin yenidən ABŞ-dən gəldiyini aydın şəkildə nümayiş etdirib. Xatırladaq ki, bu gün Danimarkanın XİN başçısı Lars Rasmussen ölkəsinin Ukraynaya dəstək üçün ABŞ silahları almağa hazır olduğunu bildirib.