Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketini bu gün elan edə bilər

Bölmə: Dünya › ,
Tarix: 10:42 15.07.2025

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılaşma əldə etməyə yaxındır.

 

"İnformator.az" APA-ya istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

 

“Biz Rusiya əleyhinə 18-ci sanksiyalar paketi ilə əlaqədar razılaşmaya yaxınıq. Ümid edirəm ki, bu, bu gün baş verəcək”, - Kallas bildirib.

 

Qeyd edək ki, bu gün 27 Avropa ölkəsinin nümayəndələri Brüsseldə görüş keçirəcək.