ABŞ Kiyevi “Patriot”la təmin edə bilməyəcək-KİV

Bölmə: Dünya › ,
Tarix: 10:54 15.07.2025

ABŞ yaxın gələcəkdə Ukraynanı kütləvi şəkildə “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilməyəcək.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Military Watch Magazine” nəşri məlumat yayıb.

 

“İran-İsrail münaqişəsi zamanı hava hücumundan müdafiə sistemlərindən aktiv istifadə nəticəsində ABŞ hərbi anbarlarında yaranan sistem çatışmazlığı Vaşinqtona Kiyevə hava hücumundan müdafiə sistemlərinin aktiv təchizatını sürətlə qurmağa imkan verməyəcək”, - məlumatda deyilib.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya 17 ədəd “Patriot” sistemi çatdırılacağını elan edib.