COVID-19 əvvəlki kimi təsirli olmasa da, hələ mövcuddur-ÜST rəsmisi

Bölmə: Sosial › ,
Tarix: 11:10 15.07.2025

COVID-19 artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur.

 

"İnformator.az" “Report”a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi brifinqdə deyib.

 

O bildirib ki, koronavirus tam olaraq bitməyib və gələcəkdə də davam edəcək:

 

”Buna görə də diqqətli olmaq və qoruyucu tədbirlərə riayət etmək lazımdır. Qrip virusları həyatımızın bir parçasıdır və hər il xüsusilə 65 yaşdan yuxarı insanlar üçün peyvəndlə bağlı tövsiyələr verilir”.