"Kommunikasiyaların açılmasını nəzərdən keçiririk"

Bölmə: Siyasət › ,
Tarix: 16:08 16.07.2025

Ermənistan kommunikasiyaların açılması ilə bağlı məsələyə ərazi bütövlüyü kontekstində yanaşır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

 

"Kommunikasiyaların açılması ilə bağlı bütün müzakirələrimizdə, vurğulamaq lazımdır ki, biz bu prosesi Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası kontekstində görmüşük, görürük və görəcəyik. Biz heç vaxt bu gündəliyə zidd olan müzakirələr aparmamışıq”, – o qeyd edib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Ermənistan Baş nazirinin Zəngəzur dəhlizinin ərazi bütövlüyü çərçivəsində açılmalı olduğu fikri yeni deyil:

 

"Faktiki olaraq, bu məsələdə əsas tərəflərdən biri olan Azərbaycan da məsələyə ciddi yanaşır. Azərbaycan, Ermənistan və digər tərəflərin vətəndaşlarının və yüklərinin təhlükəsiz keçidini təmin etməlidir.

 

Rusiya ilə Ermənistan arasında Zəngəzur dəhlizi ilə bağlı ciddi anlaşmazlıqlar mövcuddur. Bizim üçün vacib olan əsas məsələ dəhlizdə təhlükəsizliyin təmin olunmasıdır. Bunun da ən uyğun forması, hesab edirəm ki, Azərbaycan və Ermənistanın birgə işləyəcəkləri mexanizm olmalıdır".

 

Aygün Babayeva