"Konyaspor" "Çaykur Rize"ni 2 qolla keçib

Bölmə: İdman › ,
Tarix: 22:26 17.07.2025

Trendyol Süper Liqasında çıxış edən "Konyaspor" ilə "Çaykur Rizespor" arasında keçirilən yoxlama oyununu Konya təmsilçisi 2:1 hesabı ilə qazanıb.

 

 

Yeni mövsüm hazırlıqlarını Erzurumun Palandöken dağı ətəklərində yerləşən Yüksək İrtifa Təlim-Məşq Mərkəzində davam etdirən "Konyaspor" və "Çaykur Rizespor" yoxlama oyununda qarşılaşıb.

 

Yaşıl-ağlı komanda oyunun 13-cü dəqiqəsində Adil Demirbağ 36-cı dəqiqəsində isə Aleksicin vurduğu qollarla ilk hissəni 2:0 üstün başa vurub. Qarşılaşmanın 58-ci dəqiqəsində "Çaykur Rizespor"un futbolçusu Varesanoviçin vurduğu qolla hesab 2:1 olub.

 

Qalan dəqiqələrdə hesab dəyişmədi və "Konyaspor" oyunu 2:1 qalib başa vurub.

 

Şəhərdə keçirdiyi ilk yoxlama oyununda Azərbaycan təmsilçisi "Araz Naxçıvan"ı da 2:1 hesabı ilə məğlub edən "Konyaspor" "Çaykur Rizespor"la matçdan sonra Erzurumdakı hazırlıqlarının ikinci mərhələsini tamamladı.

 

"Konyaspor" üçüncü hazırlıq mərhələsi üçün 21 iyul bazar ertəsi günü Avstriyaya yollanacaq.

 

Mənbə :TRT Haber 

Nigar Həsənzadə