ASELFLİR-600 dünya standartlarını üstələyir

Tarix: 22:30 22.07.2025
IDEF 2025-də çıxış edən Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar, ASELSAN tərəfindən hazırlanan ASELFLIR-600-ün xarici həmkarlarından iki qat daha təsirli olduğunu ifadə edərək, “Müdafiə sənayesindəki bu uğur millətimizin müstəqillik ehtirasının təzahürüdür",- deyib.
Türkiyənin müdafiə sənayesindəki son nailiyyətləri İstanbulda keçirilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində bir daha nümayiş olunub. Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar yarmarkada verdiyi açıqlamada ASELSAN tərəfindən hazırlanan yeni nəsil elektro-optik sistemin ASELFLIR-600-ün AKINCI-da sınaqdan keçirildiyini və bu texnologiyanın dünya standartlarını aşdığını açıqlayıb.
Mənbə: A Haber
Çimnaz Telmanqızı