Ermənistanda vəziyyət gərginləşir

Tarix: 22:41 22.07.2025
Bütün ermənilərin katolikosu II Qaregin heç vaxt taxtdan əl çəkməyəcək.
"İnformator.az" xəbər verir ki, ölkənin keçmiş ədliyyə naziri, Ali Ruhani Şuranın üzvü Gevork Danielyan belə deyib.
O bildirib: "Kilsə dünyəvi struktur deyil, o, cəmiyyətin dini gözləntilərinə xidmət etməyə çağırılıb"
Onun sözlərinə görə, katalikosluğaqarşı aparılan bütün kampaniya Ermənistanın üzləşdiyi ciddi geosiyasi problemləri ört-basdır etmək üçün örtük rolunu oynayır: "Hakimiyyət xalqa yalançı gündəm sırıyır. Eyni zamanda, onlar ölkə rəhbərliyi kimi deyil, özəl şəxslər kimi çıxış etdiklərini açıq şəkildə hiss etdirirlər. Amma “fərdi şəxslər” bütün xalqın adından açıqlama verə bilməzlər... Əgər həqiqətən də Eçmiədzində katolikosu aradan qaldırmaq üçün mitinq çağırılarsa, kilsə toqquşmaların qarşısını almaq üçün hər şeyi etməyə çalışacaq. Amma digər tərəfdən, bu toqquşmalara təhrik edirlər, yəni hər şeyi qabaqcadan görmək və təhlükənin qarşısını almaq mümkün deyil. Bu həm dövlət orqanları, həm də kilsə üçün biabırçılıq olacaq".