Qazaxıstan prezidentini hava limanında Ərdoğan qarşılayıb

Tarix: 22:51 28.07.2025
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə rəsmi səfərə gedib.
"İnformator.az" “TRT Haber”ə istinadən xəbər verir ki, Ankarada Esenboğa hava limanında Qazaxıstan liderini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən qarşılayıb. Qazax liderinin şərəfinə fəxri qarovul düzülüb.
Qarşılanma mərasimində Ərdoğanı Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər müşayiət edib.
Hava limanında iki ölkə rəhbəri arasında qısa söhbət olub.