ABŞ-Rusiya münasibətləri-ŞƏRH

Tarix: 23:29 28.07.2025
“ABŞ Prezidenti Donald Tramp hələ də Ukraynadakı münaqişənin həllinə maraq göstərir”. Bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, ümumiyyətlə Trampın Rusiya siyasətində yaşadığı uğursuzluq onun Amerikadakı nüfuzuna və komandasının idarə etmədəki nüfuzuna ciddi təsir göstərməkdədir:
“Çünki Tramp digər bir sıra köklü dəyişikliklər etmək istədiyi qərarlarda az və ya çox olmasından asılı olmayaraq uğur qazana bildi. Amma sırf Rusiya ilə bağlı bəndlərində tamamilə yanıldı. Seçki kampaniyası zamanı “mən bir günə, 24 saata və daha tez bu münaqişəni bitirəcəm”- deyən bir Tramp var idi. Bu gün o Trampdan əsər- əlamət yoxdur. O Ukrayna ilə də danışıqlar apardı. Zelenskini razı salmağa çətinlik çəkdi. Bu aylarla uzandı. Sonrada Zelenski ilə bir şəkildə “təzyiq və təhdid” dili ilə razı salsada, bu Rusiyaya heç keçərli olmadı. Tramp Vladimir Putin haqqında hər gün biraz neqativ, biraz xoş sözlər danışsa da, nəticə etibarilə təhdid də etsə, sanksiyalarla da qorxutsa, Ukraynanın sılahlandırıb daha güclü bu hala gətirmək kimi şantajlarla belə Putin razı sala bilmir. O “24 saata münaqişəni həll edəcəm” - dedi artıq üzərindən 6,7 ay keçməsinə baxmayaraq hələ də həyata keçmir. Bu təkcə Trampın və onun komandasının deyil, ümumiyyətlə Respublikaçıların Amerika siyasətindəki mövqeyini zəiflədir. Onların nüfuzunu yerlə bir edir. Növbəti seçkilər üçün digər rəqiblərlə mübarizə də respublikaçı komandanı əhəmiyyətli dərəcədə geri salır. Amerika siyasətində şəxslərdən daha çox partiyaların nüfuzu önəmli olduğu üçün hər halda müəyyən zaman sonra artıq partiya özü Trampa təzyiq göstərməyə başlayacaq. Bu məsələlərdəki “sənin bir müddət vəd verdiyin vədlər” həyata keçmədikcə, bu bizim bacarıqsızlığımız kimi başa düşülür. Amerika seçicisi respublikaçılara olan ümidini itirir. Trampın Rusiya siyasəti və burada qarşılaşdığı uğursuzluqlar artıq Amerika siyasətində həm özünün və komandasının, həm də dolayı yollarla təmsil etdiyi partiyanın nüfuzuna əhəmiyyətli dərəcədə sarsıtmaqdadır. Burada bizim nəzərə almağa olduğumuz bir nüans var. ABŞ Rusiyanı çökdürmək üçün elə Ukraynanın əli ilə onu daha çox silahlandırıraraq, daha güclü Ukrayna formalaşdıraraq, bütün imkanlara sahibdir”.
Həşim Səhrablı qeyd edib ki, ABŞ-nin heç Avropanın dəstəyinə də ehtiyacı yoxdur:
“Əhəmiyyətli dərəcədə maddi və texniki baxımdan təsir sərf etsə, Rusiyanı bir neçə ay ərzində parçalanmasa da, məhv etməsə də ən azından Ukrayna da məğlubiyyətlə və ya geri çəkilməklə üz-üzə qoya bilər. Amma bunun üçün ABŞ gərək Yaxın Şərqdəki mövqelərini zəifləməsinə razı olsun. Çinlə rəqabətdə bir sıra ağrılar yaşamağı gözə alsın. Bu da ABŞ-nin dövlət maraqları üçün ziddir. Məsələn, Tramp da hədə-qorxu gələrkən əslində bunu nəzərdə tutur. “Mən istəsəm Amerika Birləşmiş Ştatları olaraq sizi məhv eldə bilərəm”- deyə Rusiyaya bir mesaj göndərə bilər. Amma etmir. Putin fərqindədir ki, ABŞ bunu edə bilər və etməsi onun özünün də mövqelərinə ciddi təsir göstərəcək. Ən azından Çinlə rəqabətdə onu geri salacaq, Yaxın Şərqdə artıq aktiv oyunçu olmasını bir növ təhdid edəcək. Ona görə də Putin iqtidarı da artıq əmindir. Ümumi dünyada baş verən gərginliklər fonunda rahat addımlarını ata bilir. Buna görə də indi gələcək ABŞ-Rusiya münasibətlərinin inkişafı təmamilə “Avropa Dövlətlərinin nə qədər Təhlükəsizlik Maddi Texniki yatırım etmələrindən” asılı olacaq. Əgər onlar Amerika silahlarını öz pulları ilə alıb Ukraynaya ötürəcəklərsə və Ukrayna bu şəkildə gücləndirəcəksə və artıq Amerikanin elə dolayısı ilə Trampın təhdidləri Rusiya üçün baş ağrısına çevrilə bilər. Əgər Avropa da bu maliyyəşdirmə məsələləri lazım olan səviyyəyə yüksəlmiyəcəksə, bu halda ABŞ artıq 2 variantdan birbaşa Çinlə rəqabət yoxsa birbaşa Rusiya ilə rəqabətdən birini seçməli olacaq. Bu da artıq ABŞ-nin gələcək Rusiya siyasətinə həll edəcək. Amma Amerika və Rusiyanın ortaq məxrəcə gələcəyini görə bilmirik. Çünki maraqlar tamamilə ziddir. ABŞ Ukrayna ilə mineral razılaşma əldə edib. O mineral ehtiyatların bir qismi Rusiyanın əlindədir. Amerikaya maraqlıdır ki, Rusiya həmin əraziləri boşaltsın. Amerika o yataqdan işlənməsindən əldə edilən qazanclardan fayda götürsün. Rusiya isə bunu istəmir və yaxud ABŞbmaraqlıdır ki, Şərqi Avropada bir güclü Ukrayna formalaşdırsın. Müqavilələrlə, yatırımlarla, siyasi metodlarla özündən asılı bir Ukrayna dövləti formalaşdırsın. Onun əli ilə bütün regionu nəzarət eləsin. Rusiya bunun da fərqindədir. Ona görə də asan- asan da Ukraynadan çıxmasından niyyətli deyil. Tamamilə Ukraynanı ram etməyə çalışır. Ona görə də bütün bu təzadlar öz həllini tapmayacaqsa, faktiki olaraq iki tərəfdə tükənib. Məqsədlərindən imtina etməyincə, Amerika Rusiya münasibətlərində yumşalmanın olacağını gözləmək mümkün deyil”.
Nuray Əliyeva