Binədə fərdi yaşayış evi yanır

Bölmə: Hadisə › ,
Tarix: 21:14 02.08.2025

Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın başlayıb.

"İnformator.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə sözügedən ərazidəki fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub:

 

"Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda fərdi yaşayış evində baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək".