Temperatur düşəcək, leysan yağacaq-Xəbərdarlıq

Bölmə: Hadisə › ,
Tarix: 17:08 08.08.2025

Uzun müddət davam edən isti hava şəraitindən sonra avqustun 10-u gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 12-dək fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

 

"İnformator.az" bildirir ki, bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Lənkəran-Astara, Dağlıq Şirvan bölgəsinin bəzi ərazilərində yağıntının lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

 

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.