Ağdaşda 36 yaşlı kişini elektrik vuraraq öldürüb
.jpg)
Tarix: 20:42 08.08.2025
Ağdaşda 36 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xosrov kəndində qeydə alınıb.
Kənd sakini 1989-cu il təvəllüdlü Saleh Əliağa oğlu Tahirov ağır xəsarət alıb və hadisə yerindəcə ölüb.
Onun meyiti aidiyyatı üzrə təhvil verilib.
Hazırda fakt araşdırılır.