Türkanda dənizdə bir nəfər batıb, axtarış aparılır

Tarix: 20:47 08.08.2025
Türkan qəsəbəsində dənizdə bir nəfər batıb.
"İnformator.az" xəbər verir ki, bu barədə "Axar.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.