"Fenerbahçe"də ayrılıq

Bölmə: İdman › ,
Tarix: 21:24 08.08.2025

"Fenerbahçe" Lincoln Henrique ilə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini açıqlayıb.

 

Sarı-lacivərtli klubdan verilən açıqlamada belə deyilir:

“Peşəkar futbol A komandamızın oyunçularından Lincoln Henrique ilə müqavilənin ləğvi mövzusunda qarşılıqlı razılaşma əldə olunmuşdur. Ona klubumuza verdiyi xidmətlər üçün təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq".

 

Ötən mövsümün ikinci yarısını İngiltərə Championship komandalarından Hull Citydə keçirən Lincoln, 2022-ci ildə keçdiyi "Fenerbahçe"də ümumilikdə 36 matçda forma geyinib, 3qol vurub.

 

Mənbə:TRT Haber 

Nigar Həsənzadə