İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub

Bölmə: Hadisə › ,
Tarix: 13:31 09.08.2025

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

"Report" a istinadən xəbər verir ki, hadisə rayonun Qurbanəfəndi kəndində qeydə alınıb.

 

Belə ki, “Toyota” və “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə “Toyota”da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb. DİN-in mətbuat xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.