İspaniyada kiçik təyyarə qəzaya uğrayıb

Bölmə: Hadisə › ,
Tarix: 18:13 09.08.2025

İspaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində azı iki nəfər ölüb.


"İnformator.az" xəbər verir ki, bu barədə “Cadena SER” radiostansiyası məlumat yayıb.


Məlumata görə, insident yerli vaxtla saat 11:30 radələrində Valensiya muxtariyyətində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər qəzadan sonra yaranan alovu söndürüblər. Qəzanın səbəbləri məlum deyil. Mülki Qvardiya hadisə ilə bağlı araşdırma aparacaq.