Qeyri-sabit hava bu tarixə kimi davam edəcək -Xəbərdarlıq

Bölmə: Hadisə › ,
Tarix: 18:30 11.08.2025

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.

 

Bu barədə "İnformator.az"a Milli Hidrometeotologiya Xidmətindən məlumat verilib.

 

Azərbaycanın rayonlarında fasilələrlə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Lənkəran-Astara, Dağlıq Şirvan bölgəsinin bəzi ərazilərində yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur. Bakıda və Abşeron yarımadasında avqustun 12-dən 13-nə keçən gecə və səhər arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.