Xaçmazda çaqqallar kəndə hücum edib-Yaralananlar var

Bölmə: Hadisə › ,
Tarix: 10:11 10.08.2025

Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.

 

"İnformator.az" xəbər verir ki, hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.

 

Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfəri dişləyib.

 

Xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.


Faktla bağlı araşdırma aparılır.