Tovuzda açıq ərazidə yanğın olub

Bölmə: Hadisə › ,
Tarix: 13:31 10.08.2025

Tovuzda yanğın hadisəsi baş verib.

 

"İnformator.az" məlumatına görə, hadisə rayonun Qazıqulu kəndində qeydə alınıb. 

 

Kənddə bələdiyyə məxsus ərazidə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı kol-kos və bir neçə şam ağac yanıb. Yanğın söndürülüb, yaxınlıqda olan qaz xətti, evlər və orta məktəbinin binası yanğından mühafizə edilib. 


Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.