"Sumqayıt"dan ayrılan qapıçı "Səbail"ə keçib

Bölmə: Dünya › ,
Tarix: 14:59 11.08.2025


“Səbail” klubu 2025/2026-cı il mövsümü üçün növbəti futbolçunu heyətinə qatıb. 

 

"İnformator.az" klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, ötən mövsümü “Sumqayıt”da keçirmiş qapıçı Rəşad Əzizli ilə 1 illik müqavilə imzalanıb.


Qeyd edək ki, "Səbail" növbəti mövsüm I Liqada mübarizə aparacaq.