Ermənistan-ABŞ birgə hərbi təlimləri başlayıb

Bölmə: Dünya › ,
Tarix: 17:42 12.08.2025

Bu gündən Ermənistan və ABŞ-nin “Eagle Partner-2025” adlı birgə hərbi təlimləri başlayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb:

 

Təlimdə Ermənistan ordusunun sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunları və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edir. Təlim tibbi təxliyə prosedurlarına diqqət yetirməklə sülhməramlı missiyalara hazırlıq və həyata keçirilməsinə yönəlib. Ermənistanda keçirilən təlimlər avqustun 20-dək davam edəcək.

 

Qeyd edək ki, “Eagle Partner” təlimləri Ermənistanda 2023-cü ildən keçirilir.