Avropanın müdafiə zavodları sürətlə artır

Bölmə: Dünya › ,
Tarix: 17:46 12.08.2025

Avropada müdafiə zavodlarının sahəsi əvvəlkindən üç dəfə sürətlə artır və artıq 7 milyon kvadratmetri keçir.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti peyk məlumatlarına istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, 2024-cü ildən 2025-ci ilə qədər Avropada silah və sursat istehsal edən zavodların sahəsi 2,8 milyon kvadratmetr artdığı halda, 2020-2021-ci illər arasında 790 min kvadratmetr təşkil edirdi:

 

“Ən böyük artım göstərən müəssisələrdən biri Macarıstanın Varpalota şəhərində Almaniyanın “Rheinmetall” şirkəti və Macarıstanın dövlət müdafiə şirkəti “N7 Holdinq”ə məxsus sursat və partlayıcı maddələr zavodudur. Ümumilikdə 37 şirkətə məxsus 150 müəssisə üzrə məlumatlar təhlil edilib”.

 

Qəzet bildirib ki, Avropa ölkələri Ukraynaya hərbi yardımı davam etdirmək istəyi, eləcə də ABŞ-nin Avropanın müdafiəsində rolunun mümkün zəifləməsi fonunda öz müdafiəsini artırmağa məcburdur.