Çanaqqala və İzmirdə meşə yanğınları nəzarət altına alınıb

Bölmə: Dünya › ,
Tarix: 17:56 12.08.2025

 


Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı Çanaqqala Mərkəzi, Dardanos və İzmir Karaburun yanğınlarının tamamilə nəzarət altına alındığını açıqlayıb.Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı ölkə daxilində davam edən meşə yanğınları ilə bağlı son məlumat verib.


Nazir Yumaklı sosial media hesabından verdiyi açıqlamada, "Yaşıl Vətənimizi alovlara qarşı müdafiə etməyə davam edirik. Hava donanmamızın, quru vasitələrimizin və meşə qəhrəmanlarımızın sıx səyləri sayəsində Çanaqqala Mərkəzi Dardanos və İzmir Karaburun yanğınları tamamilə nəzarət altına alındı. Soyutma çalışmalarımız davam edir",-deyib.


TRT Haber
Xədicə Məhərrəmli