Rusiyanın hücumu nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb

Tarix: 17:58 12.08.2025
Ukrayna ordusu Rusiyanın hərbi təlim mərkəzinə endirdiyi hava zərbəsi nəticəsində 1 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını açıqlayıb.
Ukrayna Silahlı Qüvvələrinin Telegram hesabında yayılan yazılı açıqlamaya görə, Rusiya ordusu bu gecə 4 ballistik raket və 48 pilotsuz uçuş aparatı (PUA) ilə ölkəyə hücum edib.
Açıqlamada 36 PUA-nın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyi, 3 raket və 12 İHA-nın isə 7 fərqli nöqtəni vurduğu qeyd edilib.Ukrayna Ordusunun Quru Qoşunlarından verilən yazılı açıqlamada Rusiya qüvvələrinin hərbi təlim bölgəsinə hava hücumu təşkil etdiyi qeyd edilib.
Açıqlamada, hücumun Quru Qoşunları Komandanlığına bağlı hərbi təlim mərkəzinin hədəf alındığı, nəticədə 1 nəfərin öldüyü, 11 nəfərin yaralandığı bildirilib.
TRT Haber
Xədicə Məhərrəmli