Azərbaycanda II dərəcəli güləş hakimlərinin sayı 8-ə çatıb

Tarix: 18:55 12.08.2025
Azərbaycanda II dərəcəli güləş hakimlərinin sayı 8-ə çatıb.
Federasiyadan "İnformator.az"a verilən məlumata görə, İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında ölkəmizi təmsil edən Kənan Hacıəliyev və Sevinc Yusibova Dünya Güləş Birliyi tərəfindən təşkil olunan imtahanlardan uğurla keçiblər. Onlar beynəlxalq kateqoriyalarını artıraraq II dərəcəyə yüksəliblər. Bununla da ümumilikdə 8 azərbaycanlı hakim II kateqoriyaya yüksəlib.