Pezeşkian avqustun 18-də Ermənistana səfər edəcək

Tarix: 19:08 12.08.2025
İran Prezidenti Məsud Pezeşkian avqustun 18-də Ermənistana səfər edəcək.
"İnformator.az" bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Səfər çərçivəsində avqustun 19-da İrəvanda İran sənayesi, yol tikintisi, kənd təsərrüfatı, təchizat, əczaçılıq, mühəndislik xidmətləri və yüngül sənaye nümayəndələrinin iştirakı ilə biznes forum keçiriləcək. Səfər avqustun 21-dək davam edəcək.