"Azərbaycan və Gürcüstanla birlikdə regional təhlükəsizliyə töhfə verməkdəyik"

Tarix: 19:11 12.08.2025
Azərbaycan və Gürcüstanla birlikdə regional təhlükəsizliyə töhfə verməkdəyik.
"İnformator.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, parlament sədrləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. R.T.Ərdoğan, həmçinin qeyd edib ki, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli mexanizmi regional proseslərdə mühüm rol oynayır.