“Qəbələ”nin futbolçusu dəvət alıb

Bölmə: İdman › ,
Tarix: 19:13 12.08.2025

“Qəbələ”nin futbolçusu Salihu Nasiru Nigeriyanın U-20 milli komandasına dəvət alıb.


"İnformator.az" xəbər verir ki, gənc futbolçu avqustun 18-də başlayacaq təlim-məşq toplanışında iştirak edəcək.


Nigeriya sentyabrın 27-də Çilidə start götürəcək 20 yaşlılar arasında dünya çempionatının final mərhələsində mübarizə aparacaq. Qeyd edək ki, 18 yaşlı Nasiru daha öncə Nigeriyanın U-20 millisinin heyətində 4 oyun keçirib.