Saatlıda qadın faciəvi şəkildə ölüb

Tarix: 11:10 13.08.2025
Saatlıda 52 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.
"İnformator.az" xəbər verir ki, hadisə Saatlının Qaranuru kəndində qeydə alınıb.
Kənd sakini 1973-cü il təvəllüdlü Validə Abışovanı soyuducunu elektrik şəbəkəsinə qoşarkən cərəyan vurub.
Faktla bağlı araşdırma aparılır.